APA-nın “Agence France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu addım aksiyalar zamanı saxlanmış 234 müxalifətçinin hamısının Ukrayna hakimiyyəti tərəfindən azad edilməsinə cavab olaraq atılıb.
Bununla, hakimiyyət və müxalifət Ali Rada tərəfindən yanvarın 29-da qəbul edilmiş “Amnistiya haqqında” qanunda nəzərdə tutulan müddəaları yerinə yetirib.
Sənədə əsasən, müxalifətçilər ələ keçirdikləri inzibati binaları fevralın 17-dək azad etməlidirlər.
Müxalifətçilər Kiyev Administrasiyasının binasında təmizlik işləri aparıb, əşyalarını “Oktyabr” sarayına və “Ukrayna Evi”nə yerləşdiriblər.
Bununla belə, fəallar etirazlarını Kiyev Administrasiyası qarşısında davam etdirəcəklər.
Bundan başqa, “Amnistiya haqqında” qanuna uyğun olaraq, müxalifət qüvvələri Ternopol, İvano-Frankovsk, Lvov və Poltava vilayətlərinin Administrasiya binalarının mühasirəsini də aradan qaldırıb.
Qeyd edək ki, müxalifət Kiyev Şəhər Administrasiyasının binasını Ukrayna rəhbərliyinin Avropa Birliyi ilə assosiativ sazişin imzalanmasından imtina etməsinə etiraz olaraq, keçirilən etiraz aksiyaları zamanı ötən il dekabrın 1-də ələ keçirmişdi.
Ukraynada müxalifət Kiyev Şəhər Administrasiyasının binasını boşaldıb - VİDEO
16 fevral 2014 10:19 (UTC +04:00)
MDB
Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb
22:04
7 may 2024
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
19:31
7 may 2024
Qırğızıstan-Tacikistan sərhədində atışma olub
17:05
7 may 2024
Belarus TŞ: Taktiki nüvə silahından istifadə edə bilən bölmələr yoxlanılacaq
16:57
7 may 2024