Bakıda Gürcüstan vətəndaşı həmyerlisini bıçaqlayıb

Bakıda Gürcüstan vətəndaşı həmyerlisini bıçaqlayıb
# 14 noyabr 2013 09:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Gürcüstan vətəndaşı həmyerlisini bıçaqlayıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Gürcüstan vətəndaşı Ruslan Hacıyev münaqişə zəminində həmyerlisi Şahin Bayramova bıçaqla xəsarət yetirib.

Hadisəni törədən R.Hacıyev tutulub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR