AGBI indeksi 0,04%, ACBDI indeksi 0,01%, AMFBI indeksi 0,02% yüksəlib

AGBI indeksi 0,04%, ACBDI indeksi 0,01%, AMFBI indeksi 0,02% yüksəlib
# 19 avqust 2013 06:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,04% artaraq avqust ayının 19-na 94,79 təşkil edib.


«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,95 təşkil edib.


Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,02% yüksəlib və 107,38-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR