Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda daha iki yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 18 aprel 2014 07:35 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Məmməd Araz (köhnə adı - Teymur Əliyev) və Yusif Vəzir Çəmənzəminli küçələrində nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı bildirilib.

Eyni səbəblərə görə, bu gün saat 11:00-dan Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) də yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR