Daxili Qoşunların Ali Hərbi Məktəbi 2014-2015-ci tədris ili üçün tələbə qəbulu elan edib

Daxili Qoşunların Ali Hərbi Məktəbi 2014-2015-ci tədris ili üçün tələbə qəbulu elan edib
# 18 fevral 2014 07:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbi 2014-2015-ci tədris ili üçün tələbə qəbulu elan edib. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları sırasından seçilirlər.

Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 6 dəfə, qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılıb - 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması - 18 dəfə). Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndəriləcək. İmtahanlar test üsulu ilə 4-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində keçiriləcək.

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər sənədləri Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4, Tel: (012)-590-65-07, (012)-560-27-00) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

Ərizə və sənədlərin qəbulu 2014-cü ilin mart ayının 1-dən aprel ayının 10-dək olan müddətdə (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR