Azərbaycan və Filippin futbol yığmalarının oyununun başlama vaxtı müəyyənləşib

Azərbaycan və Filippin futbol yığmalarının oyununun başlama vaxtı müəyyənləşib
# 15 fevral 2014 09:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan milli komandasının növbəti oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, martın 5-də Filippin yığması ilə baş tutacaq qarşılaşmanın başlama saatı bəlli olub.


BƏƏ-nin Dubay şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bu matç “Əl-Şabab” stadionunda keçiriləcək.

Qeyd edək ki, millimiz tarixində ilk dəfə Filippinlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR