“Daily Telegraf”: Səudiyyə Ərəbistanının ballistik raketləri İran və İsraili hədəfə alıb

“Daily Telegraf”: Səudiyyə Ərəbistanının ballistik raketləri İran və İsraili hədəfə alıb
# 12 iyul 2013 16:59 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Səudiyyə Ərəbistanının ballistik raketləri İran və İsraili hədəfə alıb.

APA-nın “əl-Aləm” xəbər saytına istinadən məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “Daily Telegraf” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, bu fakt peyk görüntülərinin araşdırılması zamanı ortaya çıxıb. Belə ki, son illərdə Səudiyyə Ərəbistanının səhradakı bir qərargahda yerləşdirdiyi qurudan quruya atılan raketlərdən bir hissəsinin şimal-şərq (Tehran), digər hissəsinin isə şimal-qərb (Tel-Əviv) istiqamətində olduğu görüntülənib. Raketlərin isə iki ton partlayıcı maddə daşıdığı məlum olub. Eyni zamanda raketlərin paytaxt ər-Riyaddan 125 mil uzaqlıqda olduğu qeyd edilib. “Daily Telegraf” yazır ki, Səudiyyə Ərəbistanının İsraillə diplomatik əlaqələri olmasa da, hər ikisinin də İran adlı ortaq düşməni var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR