68 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunub

68 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunub
# 26 dekabr 2013 15:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 68 nəfər ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunublar.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 44 nəfəri yeni fəaliyyətə başlamış Şəki Penitensiar kompleksinə, 24 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə və Mühafizə Alayına təyinat alıblar.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev qulluğa qəbul olunmuş gənc əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, onlara seçdikləri işdə uğurlar arzulayıb.


Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar Xidmətin tarix muzeyinə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR