Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi yanvarda 9% artıb
# 11 fevral 2014 12:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 1,666 mlrd. manatlıq və ya 2013-cü ilin yanvar ayı ilə müqayisədə 9,3% çox əmtəə satılıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

İstehlak mallarının 900,3 mln. manatını (54%) qida məhsulları, içkilər və tütün məmulatları, 765,6 mln. manatını (46%) qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının ümumi pərakəndə ticarət dövriyyəsində xüsusi çəkisi 5,1 faiz bəndi artıb.


Yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 84,5%-ni hüquqi, 15,5%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,9%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR