ABŞ-ın 6 ştatında güclü qara görə fövqəladə vəziyyət elan olunub

ABŞ-ın 6 ştatında güclü qara görə fövqəladə vəziyyət elan olunub
# 12 fevral 2014 00:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın 6 ştatında – Virciniya, Merilend, Şimali və Cənubi Karolina, Corciya və Missisipidə tüğyan edən güclü qar fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olub.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ Milli Meteoroloji Büronun məlumatına əsasən, yaxın bir sutka ərzində qeyri sabit hava şəraiti ABŞ-ın cənubunda və şimal-şərqində - Texasdan Nyu Cersiyədək daha 16 ştatında müşahidə olunacaq.

Şimali Karolina və Corciya ştatlarında fevralın 13-dək bütün məktəblər bağlanıb. Bundan başqa, qeyd olunan ştatlarda dövlət müəssisələrinin əksəriyyətində qısaldılmış iş rejimi tətbiq edilib. Sinoptiklərin proqnozuna əsasən, yaxın 2 sutkada ərzində fasiləsiz güclü qar yağacağı gözlənilir, ilk 24 saat ərzində isə 25 sm-dək qar yağacağı proqnozlaşdırılır.

Qeyd edək ki, qeyri sabit havaya görə fevralın 12-nə planlaşdırılmış 2000-dək təyyarə reysi təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR