Masallıdakı taxıl sahələrində yanğın baş verib - FOTOSESSİYA - VİDEO

Masallıdakı taxıl sahələrində yanğın baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 iyun 2014 11:34 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, birinci yanğın hadisəsi saat 11.00 radələrində rayonunun Ərkivan qəsəbəsində yerli bələdiyyəyə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində alov dalğasının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı 6 hektar biçilmiş taxıl sahəsinin 1 hektarı yanaraq kül olub.

Masallıda ikinci, əvvəlkindən şiddətli yanğın isə yenidən Ərkivan qəsəbəsindəki taxıl sahələrində saat 12.00 radələrində baş verib. Yanğının söndürülməsi üçün hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların müdaxiləsi ilə yanğın lokallaşdırılmaqla əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 35 hektarlıq biçilmiş taxıl sahəsinin 7 hektarı yanıb. Bundan əlavə, güclü alov ərazidəki ağacları, yaşıllıqları, kol-kosu, elektrik dirəklərini və elektrik transformatorunu da əhatə edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR