Azərbaycanda “Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” adlı bilik müsabiqəsi keçirilib - FOTO

Azərbaycanda “Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” adlı bilik müsabiqəsi keçirilib - <span style="color: red;">FOTO
# 22 may 2014 13:50 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda Bakı Təhsil İdarəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (DƏ-İKGF, ARM) təşkilatçılığı, Gəncliyə Yardım Fondunun (GYF) iştirakı ilə Bakı şəhərində məktəb yaşlı uşaqlar arasında “Milli tariximiz, ənənələrimiz, dəyərlərimiz” adlı bilik müsabiqəsinin yekun mərhələsi keçirilib.

DƏ-İKGF ARM-in Katibliyindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi, ənənələri və mənəvi dəyərlərlə bağlı biliklərin yeniyetmə və gənclərə daha çox çatdırılmasıdır.

Üç ay öncə Bakı şəhərinin 4 rayonunda yazılı olimpiadalar formatında start götürən müsabiqənin bu gün final mərhələsi keçirilib, qaliblər müəyyən edilib və onlar pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif ediliblər. Qalib yerləri tutmayan bütün final iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri, rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR