Azərbaycan paytaxtında yeni piyada keçidləri tikilir

Azərbaycan paytaxtında yeni piyada keçidləri tikilir
# 21 oktyabr 2013 10:08 (UTC +04:00)

Artıq bununla əlaqədar inşaat işlərinə start verilib. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, piyadaların rahatlığını təmin etmək üçün Dərnəgül şosesi üzərindən 4 yerdə yerüstü keçidlər tikiləcək: «Hazırda burada bünövrələrin qazılması işləri aparılır. Yerüstü piyada keçidlərinin tikinti işlərinin 2014-cü ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır».

Qeyd edək ki, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında («Hyundai» avtoservisi qarşısında), ikincisi Z.Bünyadov prospekti,3023-cü məhəllə ünvanında («Azpetrol» YDM yaxınlığında), üçüncüsü Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində, dördüncüsü isə Aşqarlar Universiteti yaxınlığında inşa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR