Barrozu: “Krımda planlaşdırılan referendum qanunsuzdur, Rusiya Krımı ilhaq etmək cəhdlərinə son qoymalıdır”

Barrozu: “Krımda planlaşdırılan referendum qanunsuzdur, Rusiya Krımı ilhaq etmək cəhdlərinə son qoymalıdır”
# 12 mart 2014 12:28 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Barrozu Avropa Parlamentində Rusiyanın Ukraynaya təcavüzünə həsr olunmuş dinləmələr zamanı çıxış edib.

“Tezliklə yaranmış böhrandan çıxış yolu tapılmalıdır. Bu, beynəlxalq hüquq normalarına əsaslanan siyasi həll variantı olmalıdır. Çünki indi olduqca gərgin vəziyyətdir. Ukrayna xalqı artıq kifayət qədər qan töküb, daha insanların həyatını riskə atmaq olmaz”, - deyə o vurğulayıb.

Barrozu həmçinin qeyd edib ki, Krımdakı referenduma qanuni don geyindirmək cəhdləri Ukrayna konstitusiyasına və beynəlxalq hüquq normalarına ziddir. “Aydındır ki, Krımdakı referendum qanunsuzdur”, - deyə o fikrini tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR