Mingəçevirdə evlərdən oğurluq edən dəstə tutulub

Mingəçevirdə evlərdən oğurluq edən dəstə tutulub
# 01 yanvar 2014 17:02 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində mənzillərdən oğurluq edən şəxslər tutulub.

APA-nın məlumatına görə, Mingəçevir şəhərinin Üzeyir Hacıbəyov küçəsi, ev 74, mənzil 12 ünvanında yaşayan Əhliman Qasımov və M. Maqomayev küçəsi, ev 48, mənzil 13 ünvanında yaşayan Tofiq Ədilov onlara məxsus mənzillərdən naməlum şəxslər tərəfindən oğurluq edilməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri, 1991-ci il təvəllüdlü Kərimov Elçin Elşən oğlu, 1994-cü il təvəllüdlü Nəsibzadə Xəyal Rafael oğlu, 1995-ci il təvəllüdlü Ənvərli Ənvər Ziyəddin oğlu və 1997-ci il təvəllüdlü Gözəlzadə Şahmar Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar əlbir olaraq mənzillərə oğurluq məqsədilə daxil olublar və iki evdən ümumilikdə 5 min manatdan artıq qızıl-zinyət əşyaları qarət ediblər. Adı çəkilən şəxslər plastik pəncərələri olan mənzilləri qarət ediblər. Onlar xüsusi alətlə plastik pəncərələri açaraq içəri daxil olublar. Yeniyetmə və gənclər oğurladıqları qızıl-zinyət əşyalarını Gəncə, Ağdaş və Bakıda satıblar.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR