"Azərbaycanı Avropada tanıdaq!" devizi altında motoyürüş keçirilib - FOTO

"Azərbaycanı Avropada tanıdaq!" devizi altında motoyürüş keçirilib - <span style="color: red;">FOTO
# 16 iyun 2014 12:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Qurtuluş günü münasibətilə "Azərbaycanı Avropada tanıdaq!" devizi altında 10 min kilometrlik motoyürüş keçirilib.

APA-nın məlumatına görə, motoyürüş "Harley Devidson HOG Baku"nun təşkilatçılığı, ANS-in informasiya dəstəyi ilə baş tutub.

Motoyürüşün iştirakçısı olan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, yürüşün əsas məqsədi Azərbaycanı Avropaya tanıtmaqdır: “Heydər Əliyev Fondu bizi lazım olan materiallarla, kitablarla, broşürlarla təmin edib. Onları avropalılara təqdim edəcəyik. Biz əlimizdən gələni edəcəyik ki, Qurtuluş Gününü Avropanın mərkəzində təntənəli şəkildə qeyd edək”.

Motoyürüş iştirakçıları Türkiyə, Xorvatiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya və s. ölkələr olmaqla dünyanın müxtəlif ölkələrindəki Azərbaycan abidələrini ziyarət ediblər.

Yekun tədbirindən sonra yürüş haqqında "Beynəlxalq Harley" sahiblərinin Konqresinin toplantısında çıxış edən Vahid Mustafayev bildirib ki, Azərbaycan HOG-çuları festivalda ən aktiv və ən uzun məsafəyə - 10 min kilometrlik distansiyaya sahib olduqlarına görə 1-ci yerə layiq görülüb və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, “Harley Davidson” festivalında ilk dəfə olaraq Azərbaycanı “Harley Davidson”un Bakı klubu təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR