“Eurovision 2013” mahnı müsabiqəsinin I yarımfinalı keçirilib - FOTOSESSİYA

“Eurovision 2013” mahnı müsabiqəsinin I yarımfinalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2013 23:07 (UTC +04:00)

Malmö. Ülkər Qasımova - APA. İsveçin Malmö şəhərində “Malmö Arena”da “Eurovision 2013” mahnı müsabiqəsinin I yarımfinal mərhələsi keçirilib. APA-nın İsveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ilk olaraq səhnəyə çıxan “Eurovision-2013” şousunun aparıcısı Petra Mede bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, bütün iştirakçılara uğurlar arzulayıb. Şouya təşrif buyuran 15 mindən artıq tamaşaçının hər birinə işıqlı bilərziklər paylanılıb ki, bu da şou boyu müxtəlif rənglərlə builki müsabiqənin şüarı olan “We are one”dan (“Biz birik”) xəbər verib. Zalda olan hər bir tamaşaçının biləyində yanan bu işıqlar şouya xüsusi rəng qatıb.

Gecədə ilk öncə ötən il müsabiqənin qalibi olmuş Loreen uşaqlarla birgə ona qələbə qazandıran “Europhoria” mahnısını təqdim edib.

16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda ilk olaraq səhnəyə Avstriya təmsilçisi Natalie Kelli çıxıb. Müsabiqədə ölkəsini “Shine” mahnısı ilə təmsil edən müğənninin performansında ifasının mövzusuna uyğun parlaqlıq nümayiş etdirib.

Estoniyanın gənc müğənnisi Birgit, Sloveniyadan Hannah, Xorvatiyadan “Klapa s Mora” qrupu, Danimarka təmsilçisi Emmelie de Forest, rusiyalı Dina Qaripova, Ukraynadan Zlata Oqneviç, niderlandlı təmsilçi Anouk, Monteneqrodan “Who see” qrupu, Litvadan Andrius Pojavis, Belarusun Alyona Lanskaya, Moldovadan Aliona Moon, İrlandiyadan Ryan Dolan, Kiprdən Despina Olimpiou, belçikalı Bellarosa, serbiyalı “Moje 3” qrupu öz ifalarını Avropa xalqları qarşısında təqdim ediblər.

Konsertdə diqqəti cəlb edən əsas məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən İsveçin müxtəlif guşələrinin görüntüləri olub.

Yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə - Moldova, Litva, İrlandiya, Estoniya, Belorus, Danimarka, Rusiya, Belçika, Ukrayna, Niderland finala vəsiqə qazanıb.

Müsabiqənin I yarımfinalı dünyanın 50-yə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb.

Qeyd edək ki, müsabiqənin II yarımfinal mərhələsi mayın 16-da baş tutacaq. Azərbaycan təmsilçisi Fərid Məmmədov məhz növbəti yarımfinalda ölkəmizi təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR