Qubada baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Qubada baş verən qəzada 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 17:41 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Xaçmaz yolunun 3-cü km-də qeydə alınıb.

1990-cı il təvvəllüdlü Bakı şəhər sakini Əhmədov Mədət Eldar oğlunun idarə etdiyi 10 EC 230 dövlət nömrə qeydiyyatlı “Mersedes” markalı avtomaşın Quba istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq meyvə bağlarına girib və aşıb.

Qəza nəticəsində sürücü və onun sərnişini 1970-ci il təvəllüdlü Quba rayonu, Bağbanlı kənd sakini Piroğlanov Asif Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə həmin şəxslərin toy məclisindən qayıdarkən baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR