AXCP Gənclər Komitəsinin sədri dəyişdirilib

AXCP Gənclər Komitəsinin sədri dəyişdirilib
# 22 dekabr 2013 12:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin 1-ci respublika konfransı keçirilib.

Bu barədə APA-ya məlumat verən AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, konfransda Gənclər Komitəsi Məclisinin 43 nəfərdən ibarət tərkibi formalaşdırılıb.
Komitənin sədri Əbülfəz Qurbanlı hesabat xarakterli çıxış edib.

G. Bayramlı bildirib ki, AXCP sədri Əli Kərimli konfransda İlham Hüseyni Gənclər Komitəsinin sədri, Ə. Qurbanlını isə partiya sədrinin müavini təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR