Yukiya Amano: “İran AEBA ilə razılaşmasına sadiq qalır”

Yukiya Amano: “İran AEBA ilə razılaşmasına sadiq qalır”
# 05 mart 2014 08:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə razılaşmasına sadiq qalır”.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu agentliyin icraçı direktoru Yukiya Amano martın 3-dən etibarən öz işinə başlamış AEBA İdarə Heyətinin toplantısında bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran AEBA ilə üç aylıq razılaşma müddəti ərzində 6 praktik addım atıb: “İranla “altılıq” ölkələri arasında müəyyənləşdirilən addımlar əsasında nüvə razılaşması əldə olunub. Cenevrə razılaşması da yanvarın 20-dən qüvvəyə minmiş Birgə Fəaliyyət Planı əsasında həyata keçirilir. İran rəhbərliyinin Cenevrə razılaşması çərçivəsində göstərdiyi səyləri müsbət və irəliyə yönəlik addım kimi xarakterizə edirəm. Ancaq bununla belə, İranın nüvə proqramı ilə bağlı məsələlərin tamamilə həll edilə bilməsi üçün daha görüləcək bir çox iş var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR