Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 16 fevral 2014 09:38 (UTC +04:00)


Bakı - APA. Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim" və Fərdi tərəfdaşlıq proqramına əsasən, fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) Müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR