Qazaxıstanın paytaxtı Astanada KADEX-2014 III hərbi-texnoloji əmlak sərgisi işə başlayıb - FOTOSESSİYA

Qazaxıstanın paytaxtı Astanada KADEX-2014 III hərbi-texnoloji əmlak sərgisi işə başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2014 19:25 (UTC +04:00)

APA-nın məlumatına görə, KADEX-2014 sərgisinin işində 27 ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 300-dən artıq şirkət, ziyarətçi qismində isə 54 rəsmi nümayəndə heyəti iştirak edir.

Sərgi çərçivəsində bu gün bir sıra yeni texnologiyaların təqdimatı keçirilib.

Sərgiyə Azərbaycandan Müdafiə Nazirliyinin zabitləri ziyarətçi qismində qatılıblar.


KADEX-2014 sərgisində ən böyük milli pavilyonlar Türkiyə və Rusiyanın olub. Türkiyənin ASELSAN şirkəti sərgidə yüksək manevr qabiliyyətinə malik nəqliyyat vasitəsi üzərində yerləşən KMS adlı aşağı hündürlükdə havadan müdafiə sistemini, “Kaplan” adlı bomba robotunu, gəmilər üçün STOP adlı məsafədən idarə olunan top sistemini, ROKETSAN şirkəti “Mizraq-U”, “Mizraq-O”, “Cirit” tank əleyhinə idarə olunan raketləri. 122 və 300 mm çaplı raketləri, MKE şirkəti ilk dəfə olaraq Milli Piyada Tüfəngi haqqında bilgiləri, STM şirkəti MİLGEM korvetini və paraşütçü hazırlığı simulyatorunu, Rusiya Su-30MK, MiQ-35 döyüş təyyarələrini, minaya qarşı qorumalı nəqliyyat vasitələrini, helikopterlər, gəmilərin və müxtəlif hava hücumundan müdafiə sistemlərini sərgiləyib. Dünyanın aparıcı aviasiya sənayesi şirkətlərindən olan “Airbus” isə A-400M “Atlas” hərbi nəqliyyat vasitəsini postsovet məkanında ilk dəfə əyani olaraq KADEX-də nümayiş etdirib.


Sərgi mayın 25-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR