Azərbaycan paytaxtında avtomobil işıq dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Azərbaycan paytaxtında avtomobil işıq dirəyinə çırpılıb, 4 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 mart 2014 06:50 (UTC +04:00)

APA-nın məlumatına görə, martın 17-də saat 5.00 radələrində BYD markalı minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtomobildə dörd nəfər olub. Yüngül xəsarətlər alan sərnişinlər qəzaya uğrayan avtomobildən çıxa bilsələr də, sürücü sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Xilasedicilər sürücünü avtomobildən xüsusi alət və avadanlıqların köməkliyi ilə çıxarıblar.

Xəsarət alan sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR