Bakıda 53 yaşlı kişi 13-cü mərtəbədən yıxılaraq ölüb

Bakıda 53 yaşlı kişi 13-cü mərtəbədən yıxılaraq ölüb
# 07 aprel 2014 08:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərinin Yasamal rayonunda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Həsən Əhmədov küçəsində qeydə alınıb.

Həmin ərazidə tikilməkdə olan çoxmərtəbəli binada işləyən 1961-ci il təvəllüdlü Əli Cəlal oğlu İsmayılov 13-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR