Təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb

Təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb
# 05 mart 2014 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsdən narkotik vasitə götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 181.2.1; və 234.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Kamran Bəhram oğlu Qafarov etapla Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasına daxil olarkən əşyalarına və üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin cibindən sellofana bükülmüş, xalis çəkisi 0.241 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR