Məhkumlardan qadağan olunmuş vasitələr götürülüb

Məhkumlardan qadağan olunmuş vasitələr götürülüb
# 04 mart 2014 10:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumlardan qadağan olunmuş vasitələr aşkar olunub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 177.1; 234.1; 326.2; 66.3 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sabir Anatolyeviç Babayevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, kameranın döşəməsində düzəldilmiş gizli saxlanc yerindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Sony-Xperia” markalı mobil telefon aparatı, daxilində “GoodLine” GSM operatorunun danışıq kartı olan 1 ədəd “HTC” markalı mobil telefon aparatı, daxilində yaddaş kartı olan 1 ədəd “Samsunq S-Duos” markalı mobil telefon aparatı və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Məzahir oğlu Əhədzadənin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əl-üz yuyanın altında düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.


Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR