Milli Məclisin deputatı “Azercell”in ünvanına ittihamlar səsləndirib

Milli Məclisin deputatı “Azercell”in ünvanına ittihamlar səsləndirib
# 14 mart 2014 16:03 (UTC +04:00)

APA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Asəf Hacıyev “Azercell”in ona qarşı oğurluq etdiyini və bunun tək ona yox, bir çoxlarına qarşı baş verdiyini bildirib.

Deputat deyib ki, mobil operatorun təqdim etdiyi tarif paketlərində abunəçilərə qarşı maliyyə fırıldağı var: “Müştərinin özünün də xəbəri olmadan paketə nə yükləyirlərsə, bir ayda mobil internetə 800-900 manat tələb edirlər”.

Deputat deyir ki, bu şirkət internetə qoşulan, amma müəyyən tarif paketi seçməyən abunəçilərə onların xəbəri olmadan müxtəlif data-lar yükləyirlər: “Bu da ayda 800-900 manata başa gəlir. Deyirlər ki, sistem belə çalışır. Bu, necə ola bilər? Mən niyə mütləq paket almalıyam? Nəsə yükləmək istəyirlərsə, məndən soruşmalıdırlar. Məndən xəbərsiz mənə bu qədər vəsaiti niyə yükləmək olar? Bu, qəbuledilməzdir. Məndən xəbərsiz məndən pul çəkirlər. Tələb edirəm ki, hökumətdə müvafiq qurumlar bu istiqamətdə tədbirlər görsünlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR