Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib
# 11 mart 2014 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq martın 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9 dərəcə enəcək.

Martın 12-dən 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR