AZAL klubunun yeni baş məşqçisi müəyyənləşib

AZAL klubunun yeni baş məşqçisi müəyyənləşib
# 17 mart 2014 08:06 (UTC +04:00)

Bakı – APA. AZAL klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, Vaqif Sadıqovun istefasından sonra boşalan posta Tərlan Əhmədov gətirilib.

Klubun vitse-prezidenti Vaqif Qasımov əməkdaşımızla söhbətində bildirib ki, “təyyarəçilər”in sabiq kapitanı olan Əhmədov bu gün işinə başlayacaq: “Məsləhət oldu ki, komandanı Tərlana tapşıraq. Uzun müddət AZAL-da oynayıb, klubun formalaşmasında əməyi olub. Onunla müqavilənin şərtləri hələ dəqiqləşməsə də, bu formal məsələlərdi, yaxın günlərdə həllini tapacaq. Tərlan artıq bu gün heyətlə tanış olub, ilk məşqçini keçəcək. Köməkçiləri də özü müəyyənləşdirəcək”.

Qeyd edək ki, Əhmədovun son iş yeri “Neftçi” olub. Paytaxt klubunda baş məşqçi vəzifəsini müvəqqəti icra edən 42 yaşlı mütəxəssis ötən ilin noyabr ayında Azərbaycan Superkuboku uğrunda matçda “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra postundan uzaqlaşdırılmışdı.

2006-2009-cu illərdə AZAL-ın şərəfini qoruyan veteran futbolçu komandanın aparıcı üzvü və kapitanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR