Əməkdar rəssam Elçin Aslanovun yubiley sərgisi keçiriləcək

Əməkdar rəssam Elçin Aslanovun yubiley sərgisi keçiriləcək
# 17 fevral 2014 16:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Fevralın 18-dən 22-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcək. Nazirlikdən APA-ya verilən məlumata görə, sərgidə rəssamın müxtəlif illərdə yaratdığı əsərlər nümayiş olunacaq.

E. Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. E. Aslanov 1982-87-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik edib.

2002-ci ildə əməkdar rəssam fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR