Misir Mərdanovun DİN-də idarə rəisi işləyən qardaşı işdən çıxarılıb

Misir Mərdanovun DİN-də idarə rəisi işləyən qardaşı işdən çıxarılıb
# 14 fevral 2014 15:13 (UTC +04:00)

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin rəisi, polis polkovniki Əli Mərdanov tutduğu vəzifədən azad edilib.

Ə. Mərdanov Şabran Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Nadir Məmmədov Yardımlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.

R. Usubovun imzaladığı daha bir əmrlə Zaur Hüseynov Daxili İşlər Nazirliyinin Mətbəəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbəə Xidmətinin rəisi sabiq rəisi Elçin Həsənov bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi təyin olunub. Həmin idarənin rəisi, polkovnik-leytenant Qambay Zeynalov isə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR