Azərbaycan prezidenti kamerunlu həmkarını təbrik edib

Azərbaycan prezidenti kamerunlu həmkarını təbrik edib
# 19 may 2014 15:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev kamerunlu həmkarı Pol Biyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə sizə və xalqınıza təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Kamerun münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR