Mədət Quliyev: “Penitensiar xidmətin Mühafizə Alayının özünü güllələyən əsgəri ilə bağlı araşdırma aparılır”

Mədət Quliyev: “Penitensiar xidmətin Mühafizə Alayının özünü güllələyən əsgəri ilə bağlı araşdırma aparılır”
# 25 fevral 2014 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Penitensiar Xidmətin Mühafizə Alayının özünü güllələyən əsgəri ilə bağlı araşdırma aparılır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. M. Quliyev bildirib ki, həmin əsgər öz həyatına sui-qəsd edib: “Həmin hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.

Qeyd edək ki, yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının Bakıda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Coşqun Elşad oğlu Rzayev özünü güllələyib. Əsgər hadisə yerindəcə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR