Qaxda 43 yaşlı kişi özünü asıb

Qaxda 43 yaşlı kişi özünü asıb
# 16 fevral 2014 09:43 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Ləkit kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü kənd sakini Hacıyev Hafiz Bədrəddin oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Qax RPŞ-dən bildirilib ki, Hafiz Hacıyev evli olub və son illər əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ölkənin şimal-qərb bölgəsində fevral ayı ərzində baş vermiş dördüncü intihar hadisəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR