NATO Parlament Assambleyasının yaz sessiyası başlayır

NATO Parlament Assambleyasının yaz sessiyası başlayır
# 15 may 2013 16:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov və Məlahət İbrahimqızı daxildirlər.

Sessiyanın iclaslarında Suriyada müharibənin regional təhlükəsizlik üçün nəticələri, NATO-nun Mərkəzi Asiya regionu ilə tərəfdaşlığı, məlumatların mühafizəsi və kiber təhlükəsizlik, Gürcüstanın Avroatlantik məkana inteqrasiyası, Şimali Amerikada qeyri-adi qaz bumunun geosiyasi nəticələri, əməliyyatlarda və çoxtərəfli əməkdaşlıqda Lüksemburqun iştirakı, Əfqanıstanın gələcəyi, Raketdən müdafiə sahəsində son proseslər, NATO hərbçiləri üçün yeni enerji ideyaları və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Sessiya mayın 20-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR