Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2% artıb

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2% artıb
# 21 aprel 2014 09:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,2% artıb.

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il aprelin 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 475 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7%-ni kişilər, 10,3%-ni isə qadınlar təşkil edir. Ümumilikdə, 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (10 063 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1 912 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 919 nəfərə çatıb. Sonrakı yerlərdə İran (570), Hindistan (432), Çin (417), Böyük Britaniya (257), Özbəkistan (202) Banqladeş (190) Pakistan (158), Ukrayna (157), Almaniya (152), Filippin (135), Bosniya və Herseqovina (131), Qazaxıstan (123), Türkmənistan (121), İtaliya (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR