Elmar Məmmədyarov CAR-ın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov CAR-ın xarici işlər naziri ilə görüşüb
# 21 fevral 2014 17:47 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə CAR arasında siyasi, iqtisadi, mədəni və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında BMT TŞ-ı çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Nazir Elmar Məmmədyarov BMT TŞ-nın münaqişənin həlli üzrə qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın sosial-iqtisadi inkişafı və əldə etdiyi nailiyyətləri barəsində danışaraq, Azərbaycanın müxtəlif sahələrdə CAR ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirib və xanım Nkoana Maşabaneni Azərbaycana səfərə dəvət edib.

Görüş zamanı xanım Nkoana Maşabane Prezident Zumanın CAR-ın ordu günü ilə əlaqədar Blumfanteyn şəhərində olduğunu bildirib və ölkə başçısının AR ilə əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi əzmində olduğunu vurğulayıb.

Xanım Nkoana Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini və Nazir Elmar Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb.

Görüş əsnasında Nazir Elmar Məmmədyarov və xanım Nkoana Maşabane tərəfindən “Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR