Leyla Yunusun ofisinin ardınca evindә aparılan axtarış yekunlaşıb - YENİLƏNİB-2 - FOTOSESSİYA - VİDEO

Leyla Yunusun ofisinin ardınca evindә aparılan axtarış yekunlaşıb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 aprel 2014 18:58 (UTC +04:00)

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunusun evində aparılan axtarış bu dəqiqələrdə yekunlaşıb.

Leyla Yunus bildirib ki, onların evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Almaniyadakı bank hesablarının plastik kartları, özünün və həyat yoldaşının ümumvətəndaşlıq pasportları götürülüb.

**** 21.10

Bakı. Mahir Məmmədli-APA. Leyla Yunusun evindә bu dəqiqələrdə axtarış aparılır. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü, vəkillər Xalid Bağırov, Elton Quliyev vә hüquq müdafiәçilәri iştirak edir.


Evə jurnalistlər buraxılmayıb.

**** 19.26

Bakı. Etibar Məmmədov - APA. Leyla Yunusun ofisində aparılan axtarış yekunlaşıb. APA-nın məlumatına görə, axtarış başa çatdıqdan sonra Leyla Yunus jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun müəllifi olduğu kitabları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər.

Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün Leyla Yunusun yaşadığı evə gediblər.

* * *

Saat 17.16

Bakı. Etibar Məmmədov - APA. Prokurorluq işçiləri Leyla Yunusun ofisində axtarışa başlayıb.


APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü və vəkili Xalid Bağırov iştirak edir.

Ofisə jurnalistlər buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR