Pirsaat-Hacıqabul mənzilində 3550 metr yolun əsaslı təmirinə başlanıb - FOTO

Pirsaat-Hacıqabul mənzilində 3550 metr yolun əsaslı təmirinə  başlanıb - <span style="color: red;">FOTO
# 21 may 2014 06:55 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində Pirsaat-Hacıqabul mənzilində 3550 metr yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, təmir işləri beş gün davam edəcək.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlandığını və 500 metr köhnə yolun söküldüyünü bildirib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik relslərlə (pletlərlə) əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR