Əli Əkbər Salehi: “İran konkret sənəd olmadan beynəlxalq agentliyin heç bir iddiasını qəbul etməyəcək”

Əli Əkbər Salehi: “İran konkret sənəd olmadan beynəlxalq agentliyin heç bir iddiasını qəbul etməyəcək”
# 12 fevral 2014 16:46 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran konkret sənəd olmadan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin heç bir iddiasını qəbul etməyəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib. O deyib ki, agentliyin sualları iddiadan başqa bir şey deyil: “Biz konkret olmayan suallara sonsuzadək cavab verməyəcəyik”.

Ə. Ə. Salehi qeyd edib ki, İranla beynəlxalq agentlik arasında əldə olunmuş 7 maddəlik razılaşmanın 5-i Cenevrə razılaşması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR