Ombudsman Aparatının əməkdaşları Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla görüşüblər

Ombudsman Aparatının əməkdaşları Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla görüşüblər
# 22 may 2014 15:33 (UTC +04:00)

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə bir neçə şəxslə, o cümlədən Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla onların saxlanıldıqları kameralarda görüşüblər. Saxlanılan şəxslər BİT-dəki saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

Ombudsmanın nümayəndələri, həmçinin Müvəkkilin tapşırığına əsasən, BİT-də ölüm faktı ilə bağlı mətbuatda yayılmış məlumatın araşdırılması məqsədilə mərhum Quliyev Fərhan Elçin oğlunun saxlanıldığı kamerada olub, onun kamera yoldaşları ilə söhbət aparıblar. Söhbət zamanı onlar mərhumun epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyini, hadisənin də qıcolma tutması nəticəsində baş verdiyini bildiriblər. Onlar həkimin vaxtında gəlməsinə baxmayaraq, onun keçindiyini söyləyiblər. Məlum olub ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmin gün Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sabunçu Rayon Polis İdarəsinin Müvəqəti saxlanılma yerinə və həmin idarənin 12-ci, 14-cü, 15-ci Polis bölmələrinə də başçəkmə həyata keçiriblər. Başçəkmə zamanı şərait və rəftarla bağlı şikayət daxil olmasa da, sənədləşmədə pozuntular aşkar edilib.

Bununla bağlı Ombudsman tərəfindən Daxili İşlər Nazirinə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR