Pentaqon Polşaya F16 qırıcıları və 300 hərbçi göndərir

Pentaqon Polşaya F16 qırıcıları və 300 hərbçi göndərir
# 12 mart 2014 20:38 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiv Uorren bəyan edib.

Onun sözlərinə görə, qərar Ukraynada cərəyan edən son hadisələr ilə bağlı qəbul edilib. Hava texnikası və hərbçilər Polşaya ABŞ-ın Avianoda (İtaliya) yerləşən hərbi bazasından yollanacaq.

Öz növbəsində, Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib ki, hərbi təyyarələr və hərbçilər ölkəyə təlimlərin keçirilməsi məqsədilə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR