Heydər Əliyev Fondu Pakistanda fəaliyyət göstərən göz klinikasında gözləmə otaqları inşa edib

Heydər Əliyev Fondu Pakistanda fəaliyyət göstərən göz klinikasında gözləmə otaqları inşa edib
# 29 yanvar 2014 07:43 (UTC +04:00)

Bakı - APA. Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun göz klinikasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, Xayber Göz Fondunda (XGF) təşkil olunmuş təntənəli mərasimdə fondun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyalətinin parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumatlar verərək bildirib ki, Heydər Əliyev Fondu tərəfindən, Pakistanda keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi təşkil edilib, açıq ürəkdə əməliyyatlar aparılıb, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, həmçinin 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr həyata keçirilib.

XGF-nin idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Can Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fonda göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirib. O, başçılıq etdiyi Fondun fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verərək deyib ki, müasir avadanlıqlarla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız pasiyentə pulsuz xidmət göstərilir.

Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatalısının vitse-prezidenti senator Hacı Qulam Əli Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirərək, Azərbaycanın Pakistan xalqına dən danışıb. Azərbaycana iki dəfə səfər etdiyini deyən senator Azərbaycan xalqının Pakistan xalqına qarşı olan səmimi qardaşlıq münasibətinin əyani şahidi olduğunu bildirib, Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərinin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Senator Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən layihələr iki qardaş xalq arasındakı münasibətləri daha da möhkəmləndirib, pakistanlıların yaddaşında silinməz izlər buraxıb.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları XGF, yeni inşa olunmuş gözləmə otaqları ilə tanış olub, orada müayinədən keçən pasiyentlərə baş çəkiblər.

Daha sonra səfir D.Şikarov XGF-nun idarə heyətinin sədri H.M.Həlim Cana 33 adda dərman ləvazimatları və xəstəxanaya maddi yardım təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR