Xızıda ot sahəsi, İmişlidə isə ev yanıb

Xızıda ot sahəsi, İmişlidə isə ev yanıb
# 14 iyun 2013 20:36 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında Azərbaycanın rayonlarında iki yanğın hadisəsi baş verib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Xızı rayonu, Sitalçay kəndində (rayon mərkəzindən 50 km aralı) vətəndaşa məxsus 3 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, İmişli rayonu, Qaradonlu kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik tikilmiş ümumi sahəsi 90 kv. m olan çardaq yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR