Sabirabadda ev yanıb - VİDEO

Sabirabadda ev yanıb - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 16:57 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda fərdi yaşayış evi yanıb.

Sabirabad rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yanğın bu gün axşam saatlarında Sabirabad şəhəri Ə. Bakıxanov küçəsində yerləşən, 1970-ci il təvəllüdlü Xəlilov Nəriman Əliş oğluna məxsus fərdi yaşayış evində baş verib.

70 kvadratmetr sahəsi olan 2 otaq və bir eyvandan ibarət evin bir hissəsi yanıb.

Yanğına evin yaxınlığında yığılmış quru ota od düşməsi səbəb olub.

Hadisə yerinə Sabirabad rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili cəlb edilib. Yanğın lokallaşdırılıb, evin bir hissəsi yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR