Xəzəryanı ölkələrin dəniz universitetlərinin toplantısı keçiriləcək

Xəzəryanı ölkələrin dəniz universitetlərinin toplantısı keçiriləcək
# 06 sentyabr 2013 11:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Xəzəryanı ölkələrin dəniz universitetlərinin toplantısı keçiriləcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Noşəhr şəhərinin İmam Xomeyni adına Dəniz Qüvvələri Universitetinin komandanı, kontr-admiral Peyman Cəfəri-Tehrani bildirib.

Onun sözlərinə görə, bu yığıncağın təşkili sahilyanı ölkələrin münasibətlərini gücləndirəcək. P.Cəfəri-Tehrani həmçinin xarici qüvvələrin bəzi sahilyanı ölkələrlə şübhəli əlaqələrin qurulması yoluyla Xəzər dənizinə nüfuz etmək səylərinə də toxunub: “Biz də İranın dövlət başçılarının dəfələrlə səsləndirdikləri fikirlərə şərikik. Yəni İran Hərbi Dəniz Qüvvələrinin məsul şəxsləri kimi dialoq və siyasi münasibətlər atmosferində məsələlərin həllinə səy göstərilməsini istəyirik. Mən sahilyanı ölkələrə bundan başqa bir yolu getməməyi tövsiyə edirəm. Çünki Xəzər 5 sahilyanı ölkə arasında məhdudlaşan bir dənizdir. Biz 5 sahilyanı ölkənin anlaşma və əməkdaşlıqla bu dənizin mənfəətlərindən bir-birinin qanuni hüquqlarına riayət etmək yoluyla yararlanmasını istəyirik”.

Kontr-admiral deyib ki, İranın Xəzər dənizindəki payı 20%-dir və Hərbi Dəniz Qüvvələri də özünü onun mühafizəçisi bilir.

P.Cəfəri-Tehrani qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinin Məkran, Hind Okeanı, Ədən körfəzi və Qırmızı dəniz də daxil olmaqla ölkənin cənubundakı sularda iştirakının genişləndirilməsi İranla qonşu və dünya ölkələri arasında əlaqələr və təhlükəsizliyi gücləndirmək məqsədi güdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR