Sankt-Peterburqda “Azərbaycan xalçaları” sərgisi açılıb

Sankt-Peterburqda “Azərbaycan xalçaları” sərgisi açılıb
# 13 dekabr 2013 15:36 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sankt-Peterburq Rəssamlar İttifaqının sərgi mərkəzində “Azərbaycan xalçaları” sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, gənc xalça ustalarının əl işlərinin nümayiş olunduğu sərginin təşkilatçıları Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzidir.

Açılışda Sankt-Peterburq Administrasiyasının nümayəndələri, şəhərdəki universitetlərin alimləri, diplomatik korpusun təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, Sankt-Peterburq Administrasiyasının nümayəndəsi Olqa Podşuveyt, mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Vilayət İsmayılov Azərbaycan mədəni irsini nümayiş etdirən sərginin əhəmiyyətindən danışıblar.

Sərgidə qonaqlara Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası ilə bağlı videoçarx göstərilib.

Nazirlikdən bildiriblər ki, təşkilatçılar adından Sankt-Peterburq Administrasiyasının Xarici əlaqələr komitəsinə əl ilə toxunmuş xalça hədiyyə edilib.

Sərgi dekabrın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR