Azərbaycanın bir neçə rayonunda yanğın baş verib

Azərbaycanın bir neçə rayonunda yanğın baş verib
# 10 iyun 2013 19:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın bir neçə rayonunda bu gün yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan hamamın tavanının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Şəki rayonu, Aşağı Göynük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 400 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bərdə rayonu, Gərənə kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Otun qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Goranboy rayonunda qeydə alınıb. Rayonun Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan toyuq hininin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabirabad rayonu, Xəlfəli kəndində vətəndaşa məxsus pay torpaqda yığılmış 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR