İstintaq Təcridxanasına mobil telefon və həblər keçirilməsinin qarşısı alınıb

İstintaq Təcridxanasına mobil telefon və həblər keçirilməsinin qarşısı alınıb
# 25 sentyabr 2013 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və 2 saylı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasına planlı etapla daxil olan 1993-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rəhim Rəhim oğlu Rəhimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynində olan şalvarının sağ cibindən 1 qara rəngli “Nokia-1280” markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon aparatının elektrik qidalandırıcısı, bir ədəd “Nar” nömrə və 36 ədəd “Baklafen” həbi aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR