Norveçin neft və energetika nazirinin müavini Azərbaycana gəlir

Norveçin neft və energetika nazirinin müavini Azərbaycana gəlir
# 06 may 2014 09:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Norveçin neft və energetika nazirinin müavini Kaare Fostervoldun Azərbaycan Energetika Nazirliyində görüşünün baş tutacağı planlaşdırılır.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, K. Fostervoldun bu ilin iyunun 3-6-da Bakıda keçiriləcək XXI Beynəlxalq Xəzər Neft və Qaz Konfransında iştirakı çərçivəsində Azərbaycan Energetika Nazirliyində görüşlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Norveç enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir. Bu ölkəyə məxsus neft şirkəti olan "Statoyl" 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"ndə pay alaraq Azərbaycan-Norveç iqtisadi münasibətlərinin əsasını qoyub. Eyni zamanda, şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən ən iri qaz yatağı sayılan "Şahdəniz"in hasilatın pay bölgüsü əsasında birgə işlənilməsində də iştirak edərək, Azərbaycanla əməkdaşlığını daha da genişləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR